Vətən müharibəsinə həsr olunmuş bəstəkarlıq müsabiqəsinə yekun vurulub

Vətən müharibəsinə həsr olunmuş bəstəkarlıq müsabiqəsinə yekun vurulub
# 05 noyabr 2021 16:52 (UTC +04:00)

“Vətən müharibəsindəki şanlı qələbəmizə həsr olunmuş bəstəkarlıq müsabiqəsi” yekunlaşıb.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, bu il may-oktyabr aylarında keçirilən müsabiqəyə ümumilikdə 15 simfonik əsər təqdim olunub.

Münsiflər heyətində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadənin sədrliyi ilə Xalq artisti, dirijor Fəxrəddin Kərimov, Xalq artisti Sərdar Fərəcov, Əməkdar incəsənət xadimi Həcər Babayeva, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin müəllimi Ayaz Qəmbərli təmsil olunublar.

Münsiflərin seçimindən sonra I yerə “Şuşa fəthi” əsəri ilə Tural Məmmədli, II yerə “İnsan” əsəri ilə Vüqar Məmmədzadə, III yerə “Qayıdış” əsəri ilə Elvin Quliyev layiq görülüb.

Bundan əlavə, üç həvəsləndirici diplom namizədləri də münsiflər tərəfindən açıqlanıb: İlahə İsrafilova, Aysel Əzizova və Üzeyir Məmmədov.

Müsabiqə qaliblərinə nazirlik tərəfindən müvafiq olaraq diplom və pul mükafatları təqdim olunacaq.

Qeyd edək ki, müsabiqə Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı (ABİ), Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) birgə təşkilatçılığı ilə baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR