Zəfər günü ilə bağlı silsilə konsertlər keçiriləcək

Zəfər günü ilə bağlı silsilə konsertlər keçiriləcək

© APA | Zəfər günü ilə bağlı silsilə konsertlər keçiriləcək

# 27 oktyabr 2021 17:45 (UTC +04:00)

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə noyabrın 1-dən 10-a qədər Vətən müharibəsinin ilk ildönümü münasibətilə silsilə Zəfər tədbirləri təşkil ediləcək.

Nazirlikdən APA-ya verilən məlumata görə, tədbirlər çərçivəsində ölkənin aparıcı teatr-konsert müəssisələrində konsertlər baş tutacaq.

Proqramlar siyahısına Heydər Əliyev Sarayında Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası və solistlərin iştirakı ilə Azərbaycan bəstəkarlarının qələbəyə həsr olunmuş “Qarabağ Azərbaycandır!” simfonik konserti, “Qarabağ şikəstəsi” Oratoriyası, “4.4” Qısa tamaşalar Festivalı, Beynəlxalq Muğam Mərkəzində “Havalansın Xanın səsi!” milli musiqi axşamı, “Jazz says Victory” adlı caz axşamı, Dövlət Uşaq Filarmoniyasında balaca istedadların ifasında Zəfər konserti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Cavad xan” baleti, Kamera və Orqan Musiqisi zalında gənc istedadların iştirakı ilə konsert, teatr müəssisələrində vətənpərvərlik mövzusunda tamaşaların nümayişi daxil edilib.

Nazirliyin dəstəyi ilə baş tutmuş Vətən müharibəsindəki qələbəyə həsr olunmuş bəstəkarlıq müsabiqəsinin qalibləri də Zəfər günləri ərəfəsində elan olunacaq.

Tədbirlərə qələbənin təminatçıları olan müharibə iştirakçıları, qazilər, qazi və şəhid ailələri dəvət olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR