Hikmət Hacıyev: ""Media haqqında" qanun layihəsi hazırlanıb"

Hikmət Hacıyev: ""Media haqqında" qanun layihəsi hazırlanıb"
# 10 aprel 2021 15:19 (UTC +04:00)

“Azərbaycanda "Media haqqında" qanun layihəsi hazırlanıb”.

APA-nın məlumatına görə, bunu bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, bu qanun layihəsinin təkmilləşdirilməsi üçün Türkiyənin təcrübəsindən də istifadə edilib: "Yeni qanun layihəsində bir sıra vacib məsələlər öz əksini tapıb. Bu qanun layihəsi medianın inkişafına imkan verəcək".

H. Hacıyev qeyd edib ki, türk dünyası media sahəsində əməkdaşlığı davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR