Məhkəmə prosesinin işıqlandırılması ilə bağlı KİV üçün Təlimat hazırlana bilər

Məhkəmə prosesinin işıqlandırılması ilə bağlı KİV üçün Təlimat hazırlana bilər
# 10 dekabr 2019 11:29 (UTC +04:00)

“Məhkəmə prosesinin işıqlandırılması ilə bağlı KİV və məhkəmələrdə KİV-lə işləyən hakimlər üçün Təlimat hazırlana bilər”.

APA-nın məlumatına görə, bunu Ədliyyə Nazirliyi İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Aynur Sabitova bu gün Ədliyyə Nazirliyi və Məhkəmə Hüquq Şurasının təşkilatçılığı ilə keçirilən 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş “İnsan hüquqlarının qorunması media müstəvisində” mövzusunda tədbirdə deyib.

KİV-də azyaşlılara qarşı zorakılıqla bağlı məhkəmə işləri barədə sensasion xarakterli yazıların yer almasını mənfi qiymətləndirən A. Sabitova deyib ki, belə məhkəmə prosesləri barədə məlumatlar hansısa yollarla KİV-ə ötürülür: “Bəzən həmin məhkəmə işləri tamamilə təhrif olunmuş formada verilir. Bu, gələcək nəsillərə mənfi təsir edir. Sensasiya, oxucu yığmaq üçün verilən bu məlumatlar yolverilməzdir. Bəlkə də məhkəmələrdə KİV-lə işləyən hakimlərin təyin edilməsi bu prosesin qarşısını ala bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR