Prezidentin köməkçisi: “Türk Şurasına üzv dövlətlərin hər birinə qarşı informasiya müharibəsi aparılır”

#
# 14:40
10 aprel 2021

“Türk Şurasına üzv dövlətlərin hər birinə qarşı manipulyativ informasiya müharibəsi aparılır. Biz dünya media müstəvisində öz sözümüzü deməyi bacarmalıyıq”.

APA-nın məlumatına görə, bunu bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Prezidentin köməkçisi qeyd edib ki, əsas amacımız əsl həqiqəti, əsl reallıqları olduğu kimi dünyaya çatdırmaqdır: “Şair və yazıçıların əsərlərindən ibarət birgə nəşrlərin hazırlanması da mümkündür. Bu işlərin daha da effektiv şəkildə aparılması üçün katibliklə müzakirələr apardıq. Katibliyin media koordinasiya kooperativliyinin yaradılması ilə bağlı təşəbbüsü var. Bunu dəstəkləyirik. Eyni zamanda, gənc jurnalistlər üçün qarşılıqlı səfərlərin təşkilini düşünürük. Sosial media platformalarında ölkələrimizə qarşı aparılan kampaniyaların qarşısının alınması üçün addımlarımızı birləşdirməyi düşünürük. Qardaş Türkiyənin bu sahədə çox yaxşı təcrübələri var. Bununla bağlı qanunvericiliyə də müvafiq dəyişikliklər edilib. Bu sahədə də səylərimizi birləşdirməliyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR