İctimai Televiziya və Radio Yayımları Şirkətinin koronavirusa yoluxan redaktoru, tanınmış jurnalist Əmrah Fəqanoğlunun vəziyyəti ağır qiymətləndirilir.
Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirib.
Onun sözlərinə görə, pasiyent süni tənəffüs cihazına qoşulub, intensiv terapiya şöbəsində müalicəsi davam etdirilir: "Hələlik müalicənin gedişatı ilə bağlı proqnoz vermək mümkün deyil".
İTV-dən APA-ya verilən məlumata görə, COVID-19 testinin nəticəsi pozitiv çıxan Əmrah Fəqanoğlu hazırda klinikada həkimlərin nəzarəti altındadır: "Süni nəfəs aparatına qoşulan əməkdaşımızın vəziyyəti barədə rəhbərlik tərəfindən mütəmadi olaraq həkimlərlə əlaqə saxlanılır. Onun tezliklə sağalıb sıralarımıza qayıtması üçün dua edirik”.