Türk Şurasına üzv dövlətlər sosial media sahəsində əməkdaşlıq etmək niyyətindədir

Türk Şurasına üzv dövlətlər sosial media sahəsində əməkdaşlıq etmək niyyətindədir
# 10 aprel 2021 16:48 (UTC +04:00)

“Sosial media üzrə birgə fəaliyyətin aparılması vacibdir”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev qeyd edib ki, Türkiyədə sosial media münasibətlərinin qurulması, həmçinin sosial platformaları təqdim edən şirkətlər qarşısında hüquqi müstəvidə məsələlər qaldırılması təcrübəsi var: “Azərbaycanda da sosial media məsələlərində akkauntları işlədənlərin kimlikləri barədə məlumatların olmaması və bunu həyata keçirən platformalar barədə məlumat verilməməsi, sosial media vasitəsi ilə terrorizm, zorakılıq və digər neqativ halların təbliğ olunması kimi tendensiyalar var. Bunun qarşısının alınması gündəmə çıxanda “Facebook”, “Twitter” və digər sosial platformalar tərəfindən lazımi imkanlar yaradılmır. Almaniyanın özündə də bununla əlaqədar qanunlar qəbul edilib ki, hər hansı zorakılıq və Almaniyanın qanunlarına uyğun gəlməyən hallar olduqda onlar bu məsələləri sosial media platformaları qarşısında qaldırırlar. Ona görə də bu məsələdə də təkcə Azərbaycanın yox, digər qardaş ölkələrin də narahatlıqları var. Sosial mediada gedən, cəmiyyətimizin və insanlarımızın sosial-mənəvi durumuna təsir edə biləcək hallar var. Xüsusən bəzi erməni təbliğat dairələri sosial şəbəkələrdən istifadə edərək neqativ fikirlərin cəmiyyətə çatdırılması kimi hədəflər də güdürlər. Bu məsələ də əməkdaşlığımızın ilkin çalarları barədə geniş fikir mübadiləsi aparılıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR