Türkdilli ölkələrin media üzrə məsul rəsmilərinin toplantısı ilə bağlı hesabat hazırlanıb

Türkdilli ölkələrin media üzrə məsul rəsmilərinin toplantısı ilə bağlı hesabat hazırlanıb
# 10 aprel 2021 16:31 (UTC +04:00)

“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısının yekunları ilə bağlı Türk Şurasının katibliyi tərəfindən media və informasiya sahəsində əməkdaşlığı ehtiva edən vahid hesabat sənədi hazırlandı”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, burada dövlətlərin təklifləri yer alıb: “Həmçinin Fəaliyyət Proqramı hazırlanıb. Burada konkret sahələr üzrə əmək bölgüsü prinsipi üzrə əməkdaşlığın müxtəlif aspektlərini özündə ehtiva edən tədbirlər əks olunub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR