Yeni radio kanalı ilə bağlı müsabiqəyə sənəd qəbulu başa çatıb, 5 iddiaçı var

Yeni radio kanalı ilə bağlı müsabiqəyə sənəd qəbulu başa çatıb, 5 iddiaçı var
# 12 dekabr 2019 18:00 (UTC +04:00)

Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) ümumrespublika radio kanalının açılması üçün elan etdiyi müsabiqəyə sənəd qəbulu başa çatıb.

MTRŞ-nın Hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nemət Cavadovun APA-ya verdiyi məlumata görə, “Real Təhlil və İnformasiya Mərkəzi” MMC, “TV Media Azerbaijan” MMC, “Balans Studiyası” MMC, “İNS ÇM” MMC və “OMD Azerbaijan” MMC müsabiqəyə sənədlərini təqdim ediblər.

Şöbə müdiri qeyd edib ki, “Televiziya və radio yayımı haqqında” Qanunun 19.1 maddəsinə əsasən, MTRŞ müsabiqənin başa çatmasından sonrakı 30 gün ərzində müsabiqənin nəticələri barədə qərar qəbul etməlidir.

Xatırladaq ki, ümumrespublika radio kanalının açılması üçün Bakı şəhəri və Abşeron yarımadası ərazisində 102,0 MHz tezliyinə MTRŞ-nın 5 noyabr 2019-cu il tarixli iclasının qərarı ilə 12 noyabrdan 12 dekabradək müsabiqə elan olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR