Üçtəpə Təlim Mərkəzinə media-tur təşkil olunub - FOTOLENT - VİDEO

Üçtəpə Təlim Mərkəzi

© APA | Üçtəpə Təlim Mərkəzi

# 08 may 2021 18:12 (UTC +04:00)

Mətnə video əlavə olunub.

* * *

11:12

Müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçularının fəaliyyətini işıqlandırmaq üçün jurnalistlərin Təlim və Tədris Mərkəzinin Üçtəpə Təlim Mərkəzinə media-turu təşkil olunub.

APA xəbər verir ki, media-tur çərçivəsində brifinq təşkil olunub, təlim mərkəzinin fəaliyyəti barədə ümumi məlumat təqdim edilib.

Sonra jurnalistlər tədris korpuslarında keçirilən hərbi dərslərlə tanış olublar.

Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov təlim mərkəzində tədris olunan dərslər barəsində məlumat verib.

O bildirib ki, burada müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları üçün Atəş hazırlığı (praktiki hissə), Mühəndis hazırlığı (praktiki hissə), Fiziki Hazırlıq, Beynəlxalq Humanitar Hüquq, Rabitə və başqa ixtisaslar üzrə dərslər keçirilir.

Hərbi Dəniz Qüvvələri, sanitar, aşpazlıq hazırlığı ixtisası üzrə dərslər isə digər hərbi hissələrdə tədris olunur.

Anar Eyvazov qeyd edib ki, iki ay ərzində keçirilən kursları müvəffəqiyyətlə bitirmiş hərbi qulluqçulara ixtisaslar üzrə sertifikat verilərək müvafiq işlə təmin olunurlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR