Türk Şurasının media üzrə yüksək vəzifəli rəsmiləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO

Türk Şurasının media üzrə yüksək vəzifəli rəsmiləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO
# 10 aprel 2021 18:07 (UTC +04:00)

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirləri və yüksək vəzifəli rəsmiləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.

APA-nın xəbərinə görə, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarına gül dəstələri qoyulub, xatirələri hörmət və ehtiramla yad edilib.

Daha sonra rəsmilər Şəhidlər xiyabanını ziyarət edib, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş vətəndaşlarımızın xatirəsinə ucaldılmış Şəhidlər kompleksindəki Əbədi məşəlin önünə və şəhid məzarlarına gül dəstələri qoyulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR