APA ilə Ukraynanın “Lüks” Teleradio Şirkəti arasında əməkdaşlıq Memorandumu imzalanıb

APA ilə Ukraynanın “Lüks” Teleradio Şirkəti arasında əməkdaşlıq Memorandumu imzalanıb
# 09 iyun 2021 12:47 (UTC +04:00)

“Azəri-Press” Agentliyi (APA) ilə Ukraynanın “Lüks” Teleradio Şirkəti arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Memorandumu APA-nın baş direktoru Vüsalə Mahirqızı və “Lüks” Teleradio Şirkətinin Baş direktoru Roman Andreyko imzalayıblar.

Memoranduma əsasən, media şirkətləri əməkdaşlıq çərçivəsində informasiya mübadiləsi aparacaq, qarşılıqlı sifariş əsasında müsahibələr, şərhlər, araşdırma məqalələri, foto və video materiallar hazırlayaraq təqdim edəcək, şirkətlərdən birinin əməkdaşlarının digər şirkətin olduğu ölkəyə xidməti səfəri zamanı texniki dəstək göstəriləcək.

Tərəflər əməkdaşlığı da dərinləşdirmək üçün gələcəkdə birgə layihələrin həyata keçirilməsi barədə də razılığa gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR