Azərbaycanda Vahid Media Reyestri yaradılacaq

Əhməd İsmayılov

© APA | Əhməd İsmayılov

# 02 iyul 2021 17:44 (UTC +04:00)

“Azərbaycanda Vahid Media Reyestri yaradılacaq”.

Bunu APA-ya açıqlamasında MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov deyib.

O bildirib ki, bütün media subyektləri həmin media reyestrində qeydiyyata alınacaq: “Bu, informativ reyestr olacaq. Media subyektləri fəaliyyətə başlamazdan öncə bu reyestrə özləri haqqında məlumatlar verəcək, qeydiyyata alınacaqlar”.

Ə. İsmayılov əlavə edib ki, jurnalistlər isə jurnalist vəsiqəsi almaq üçün MEDİA-ya müraciət edəcəklər: “Bu, könüllü əsasladır. Hər hansı jurnalist vəsiqə almaq barədə müraciət etsə, müraciət tərəfimizdən dəyərləndiriləcək. Həmin jurnalistlər media reyestrinin bir bölməsində qeydiyyata alınaraq, jurnalist vəsiqəsi ilə təmin ediləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR