"AZƏRTAC"ın sədri:  “Məhərrəm İbrahimov ölümə hazır olan jurnalistlərdən idi”

"AZƏRTAC"ın sədri:  “Məhərrəm İbrahimov ölümə hazır olan jurnalistlərdən idi”

© APA | "AZƏRTAC"ın sədri Aslan Aslanov

# 04 iyun 2021 17:29 (UTC +04:00)

“Məhərrəm İbrahimov çox peşəkar və fədakar, ölümə hazır olan jurnalistlərdən biri idi”.

Bunu Kəlbəcərdə minaya düşərək həlak olan jurnalist Məhərrəm İbrahimov haqqında danışarkən  Azərbaycan Dövlət İnformasiya Agentliyinin İdarə Heyətinin sədri Aslan Aslanov deyib.

O, bildirib ki, işğaldan azad olunmuş ərazilərdəki vəhşilikləri, Ermənistanın törətdiyi azğınlıqları lentə almaq üçün işlər aparılır: “Bunun üçün də Azərbaycan Dövlət Televiziyasından və “AZƏRTAC” İnformasiya Agentliyindən qruplar ayrılıb. Həmin qrupa daxil olan jurnalistlərdən biri də Məhərrəm İbrahimov idi. Onun da əziyyəti sayəsində bütün dağıdılmış mədəniyyət abidələri arxivləşdirildi. Mən iki gün bundan əvvəl onunla danışmışdım. Kəlbəcərdə olduğunu və hər şeyin yaxşı olduğunu bildirdi. Məhərrəm İbrahimov Azərbaycan mətbuatının həm çox təcrübəli, çox peşəkar jurnalisti, həm də gözəl ailə başçısı idi”. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR