Bir qrup media təmsilçisi Ağdam şəhərində ilk yaşayış binasının inşası ilə tanış olub

Ağdam şəhərində ilk yaşayış binasının tikintisi

© APA | Ağdam şəhərində ilk yaşayış binasının tikintisi

# 31 may 2021 12:05 (UTC +04:00)

Ağdam rayonunda səfərdə olan bir qrup media təmsilçisi Ağdam şəhərində ilk yaşayış binasının inşa olunduğu əraziyə baş çəkiblər.

APA-nın Qarabağ bürosunun məlumatına görə, tikintinin gedişi ilə tanış olan jurnalistlərə məlumat verilib ki, binanın layihələndirilməsində ABŞ-ın “Gensler”, Azərbaycanın “Azərbaycan inkişaf” və Türkiyənin “URAL mühendislik” şirkətləri iştirak edib. Binada mənzillər 1, 2, 3, 4 və 5 otaqlı olacaq.

Binanın fasadında Ağdamın yerli ağ daşından və Avropa memarlıq elementlərindən istifadə ediləcək.

Qeyd edək ki, Prezident İlham Əliyev mayın 28-də Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının təməlqoyma mərasimində iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR