Əhməd İsmayılov: “MEDİA-nın layihələri şəffaflıq prinsipi üzərində qurulub”

Əhməd İsmayılovun mətbuat konfransı

© APA | Əhməd İsmayılovun mətbuat konfransı

# 02 iyul 2021 17:25 (UTC +04:00)

“Biz bu müsabiqələri keçirərkən medianın ehtiyaclarını qiymətləndiririk”.

APA-nın məlumatına görə, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov bu gün keçirilən mətbuat konfransında deyib.

Ə. İsmayılov bildirib ki, müsabiqədə qalib olmuş media subyektlərinin 3 əməkdaşının maaşı MEDİA tərəfindən qarşılanır, 600 manat onların əməkhaqqısına yönəldilməlidir: “Biz bunu ayın sonunda hesabatda görməliyik. MEDİA tərəfindən həyata keçirilən layihələr şəffaflıq prinsipi üzərində qurulub. Sırf şəffaf şəkildə həmin məbləğ jurnalistlərin maaş kartına oturmalıdır. MEDİA tərəfindən həyata keçirilən müsabiqələr stimul xarakteri alıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR