Fəxrəddin Altun: “Vətən müharibəsində Türkiyə və Azərbaycan dezinformasiyaların qarşısını aldı”

Fəxrəddin Altun

© APA | Fəxrəddin Altun

# 22 oktyabr 2021 11:47 (UTC +04:00)

“Ötən il 44 gün müddətində Azərbaycanın haqlı mübarizəsinin dünyaya çatdırılmasına dəstək verdik, digər tərəfdən yalan xəbərlərə qarşı mübarizə apardıq”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) “Media Forumu”nun açılışında çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyə və Azərbaycan prezidentlərinin təlimatları əsasında iki qardaş dövlət sıx koordinasiya quraraq informasiya sahəsində birgə mübarizə aparıb.

“Biz ermənilərin unutdurmaq istədiyi həqiqətləri dünya ictimaiyyətinə çatdırdıq. Yalan və dezinformasiyaların qarşısını aldıq. Azərbaycanın bu mübarizədə verdiyi şəhidlərinə Allahdan rəhmət diləyir və bir daha “Qarabağ Azərbaycandır!” deyirik”, - F. Altun vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR