İcraçı direktor: “Şəffaflıq və rəsmilik prinsiplərinə riayət edən media subyektləri MEDİA-dan dəstək alacaq”

Əhməd İsmayılov

© APA | Əhməd İsmayılov

# 02 iyul 2021 17:58 (UTC +04:00)

“Media reyestrində media subyektləri qeydiyyata düşərkən onların kadr potensialı və əməkdaşları haqqında məlumatlar da yer alacaq”.

Bunu APA-ya açıqlamasında Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov deyib.

O qeyd edib ki, MEDİA-ya ancaq rəsmi sənədlər təqdim olunmalıdır: “Bununla da qeyri-rəsmi işləyən jurnalistlərlə bağlı məsələ də öz həllini tapmış olacaq”.

Ə. İsmayılov bildirib ki, MEDİA tərəfindən həyata keçirilən müsabiqələrdə də şəffaflıq qorunur: “Həmin müsabiqələrin qaydaları məhz şəffaflıq və rəsmilik üzərində qurulub. Bu tələblərə riayət edən media subyektləri MEDİA-nın təşkil etdiyi müsabiqələrdə iştirak edəcək və dəstək də alacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR