Jurnalistlər Ağdama səfər çərçivəsində Bərdə-Ağdam avtomobil yolunun inşası ilə tanış olublar - FOTO - VİDEO

Bərdə-Ağdam avtomobil yolu

© APA | Bərdə-Ağdam avtomobil yolu

# 31 may 2021 10:45 (UTC +04:00)

MEDİA Agentliyinin Ağdama təşkil etdiyi səfər çərçivəsində jurnalistlər Bərdə-Ağdam avtomobil yolunun inşası ilə tanış olublar.

APA-nın Qarabağ bürosunun məlumatına görə, media nümayəndələrinə təməli bu il mayın 28-də Prezident İlham Əliyev tərəfindən qoyulmuş yol barədə məlumat verilib.

Bildirilib ki, bu layihə Prezident İlham Əliyevin tapşırığına əsasən işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulması istiqamətində həyata keçirilən genişmiqyaslı işlərin tərkib hissəsidir.

14 kilometrlik hissəsi Bərdə şəhərindən və bir neçə yaşayış məntəqəsindən keçəcək yolun uzunluğu 44.5 kilometrdir.

Avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olacaq, Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, bu rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edəcək.

Jurnalistlər görülən işlərlə yerində tanış olub, yolun tikintisi ilə bağlı onları maraqlandıran suallara cavab alıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR