Jurnalistlər Ağdamda erməni vandallığına məruz qalmış Qiyaslı məscidinə baş çəkib

Qiyaslı məscidi

© APA | Qiyaslı məscidi

# 31 may 2021 14:20 (UTC +04:00)

Bir qrup media təmsilçisi MEDİA Agentliyinin təşkil etdiyi səfər çərçivəsində bu gün Qiyaslı məscidində olub.

APA-nın Qarabağ bürosunun məlumatına görə, jurnalistlər məscidlə tanış olub, erməni vandallığının əlamətləri ilə tanış olublar.

Ermənilər işğal müddətində məscidi dağıdıb, minarələrini uçurub.

Jurnalistlərə məlumat verilib ki, ermənilər burada da heyvan saxlayıb, ərazini tərk edəndə isə məscidi yandırıb, nəticədə binaya xeyli ziyan dəyib.

XVIII əsrə aid olan məscid Qarabağda erməni vandalizminə məruz qalan tarixi-dini abidələrdəndir.

Qiyaslı məscidi 2001-ci ildən yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR