Jurnalistlər Ağdamda ermənilər tərəfindən dağıdılmış “İmarət” kompleksinə baş çəkib - FOTO

Ağdamdakı “İmarət” kompleksi

© APA | Ağdamdakı “İmarət” kompleksi

# 31 may 2021 12:28 (UTC +04:00)

MEDİA Agentliyinin təşkil etdiyi səfər çərçivəsində jurnalistlər Ağdamda Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi “İmarət” kompleksində olublar.

APA-nın Qarabağ bürosunun məlumatına görə, jurnalistlər kompleksin ərazisini gəzib, ermənilərin işğal müddətində burada törətdiyi dağıntıları gözləri ilə görüblər.

Bildirilib ki, ermənilər işğal zamanı Pənahəli xanın, İbrahim xanın, Mehdiqulu xanın türbələrini, Xan qızı Xurşidbanu Natəvanın məzarını dağıdıblar.

Bundan başqa, burada yerləşən Ağdaş şəhər stadionu da tribunası ilə birlikdə yerlə yeksan edilib.

Jurnalistlərə məlumat verilib ki, işğal edilən ərazilərdəki digər tarixi-mədəni, dini abidələr kimi Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb. Buradan tövlə kimi istifadə olunub.

Qarabağ xan nəslinin bir çox nümayəndələrinin dəfn edildiyi İmarət qəbiristanlığı da erməni vəhşiliyindən öz nəsibini alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR