MEDİA agentliyinin şöbə müdiri: “Görülən bütün işlər media sahəsində islahatların tərkib hissəsidir”

MEDİA-nın mətbuat konfransı

© APA | MEDİA-nın mətbuat konfransı

# 02 iyul 2021 17:29 (UTC +04:00)

“MEDİA tərəfindən keçirilən müsabiqələrə maraq çox böyükdür. Nəticələr sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bu müzakirələrdə təkcə jurnalistlər iştirak etmir”.

APA-nın məlumatına görə, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli bu gün keçirilən mətbuat konfransında deyib.

N. Məmmədli bildirib ki, bütün görülən işlər media sahəsində islahatların tərkib hissəsidir: “Bu tədbirlər ilin sonuna kimi davam edəcək. Çoxlu sayda yenilik var. Biz bu müsabiqələr haqqında danışarkən dəfələrlə “ilk dəfə” sözünü istifadə edirik. İlk dəfə onlayn media müsabiqələrə cəlb edilib. Bu gün idman jurnalistikası dövlətin dəstəyini qazanıb. Əvvəllər yalnız qəzetin məqaləsi oxunub, qəzetə qiymət verilirdi. İndi isə qəzetin bütün komponentləri nəzərə alınaraq qiymətləndirilir. Bu il iyul ayının 22-də fərdi jurnalist müsabiqəsinin nəticələri açıqlanacaq. Bu, müsabiqədir. Müsabiqədə qalib gələn tərəf olur, qalibləri təbrik etmək lazımdır. Müsabiqədə hədəfinə çatmayanlara da biz uğurlar arzulayırıq. Bu, davam edən prosesdir. İstəyimiz ondan ibarətdir ki, Azərbaycanın bütün jurnalistləri dövlətin dəstəyindən faydalansın”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR