MEDİA işğaldan azad edilmiş ərazilərə media-turlar təşkil edəcək - VİDEO

Natiq Məmmədli

© APA | Natiq Məmmədli

# 26 may 2021 14:15 (UTC +04:00)

“Bu gün Azərbaycanın işğaldan azad edilmiş bütün ərazilərində genişmiqyaslı quruculuq işləri həyata keçirilir”.

APA-nın məlumatına görə, bunu Suqovuşan qəsəbəsində jurnalistlərə açıqlamasında Medianın İnkişafı Agentliyinin (MEDİA) şöbə müdiri Natiq Məmmədli deyib.

O bildirib ki, MEDİA “Azərişıq” ASC ilə birgə jurnalistlərin Suqovuşana səfərini təşkil edib: “Səfərin məqsədi görülmüş işlərlə yerində tanış olmaqdır. “Azərişıq” ASC tərəfindən Suqovuşan qəsəbəsinin elektrik təsərrüfatının tam şəkildə bərpa olunması və əsaslı yenidən qurulması işləri başa çatdırılıb. Müşahidələrimiz göstərir ki, “Azərişıq” qarşısına qoyulan bu vəzifəni uğurla yerinə yetirib”.

N. Məmmədli əlavə edib ki, MEDİA işğaldan azad edilmiş ərazilərimizə bundan sonra da media-turlar təşkil edəcək: “İşğaldan azad edilmiş ərazilərdəki yenidənqurma işlərini işıqlandırmaq yerli və beynəlxalq ictimaiyyətə çatdırmaq Azərbaycan mediasının əsas mövzusudur. Odur ki, belə səfərlər mütəmadi təşkil olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR