MEDİA: Məqsədimiz media subyektlərinin iqtisadi müstəqilliyini təmin etməkdir

MEDİA-nın mətbuat konfransı

© APA | MEDİA-nın mətbuat konfransı

# 02 iyul 2021 17:32 (UTC +04:00)

“Biz artıq MEDİA-nın bütün subyektlərini və sferalarını əhatə edən layihələrlə çıxış edəcəyik”.

APA-nın məlumatına görə, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bu gün keçirilən mətbuat konfransında deyib.

Ə. İsmayılov bildirib ki, bu müsabiqələr agentliyin maliyyə imkanları çərçivəsində keçirilir: “Maliyyə imkanlarımız artırılarsa, məbləğ məsələsinə yenidən baxıla bilər. Biz bunun həm iqtisadi, həm də hüquqi tərəflərini araşdırıb qərar qəbul etməliyik. Dəstək layihəsi media subyektinin bütün büdcəsini əhatə edə bilməz. Bu media subyektlərinin iqtisadi müstəqilliyi prinsipinə ziddir. Bizim məqsədimiz məhz media subyektlərinin iqtisadi müstəqilliyini təmin etməkdən ibarətdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR