MEDİA-nın icraçı direktoru “Media haqqında” qanunun əsas məqsədini açıqlayıb

Əhməd İsmayılov

© APA | Əhməd İsmayılov

# 14 iyun 2021 14:11 (UTC +04:00)

Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov “Media haqqında” qanun layihəsinin hazırlanmasında əsas məqsədi açıqlayıb.

Ə. İsmayılov APA-ya bildirib ki, yeni qanunun hazırlanmasında əsas məqsəd media sahəsində sistemləşmənin təşkil olunması, bunun üçün də media reyestrinin formalaşdırılmasıdır: “Söhbət burada media subyektlərinin reyestrindən gedir. Media subyektlərinin reyestri demək olar ki, əvvəllər də Azərbaycanda mövcud olmuş çap mediasının uçotunun aparılması qaydasındakı vəziyyətlə eynilik təşkil edir. Sadəcə, fərq ondan ibarətdir ki, yeni qanun layihəsində nəinki çap mediası, eyni zamanda audioviziual media subyektləri və onlayn media subyektləri də eyni qaydada reyestrdə qeydiyyatdan keçməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR