Media nümayəndələri Ermənistanla sərhəddə yeni yaradılan nəzarət-buraxılış məntəqələrində olub - VİDEO - FOTO

Ermənistanla sərhəddə yeni yaradılan nəzarət-buraxılış məntəqələsi

© APA | Ermənistanla sərhəddə yeni yaradılan nəzarət-buraxılış məntəqələsi

# 15 noyabr 2021 18:44 (UTC +04:00)

Dövlət Sərhəd Xidməti (DSX) Azərbaycan-Ermənistan sərhədində, Qafan-Gorus magistral yolunda yeni yaradılan nəzarət-buraxılış məntəqələrinə mediatur təşkil edib.

APA-nın mediaturda iştirak edən müxbiri xəbər verir ki, media nümayəndələri Qubadlının Eyvazlı kəndində yaradılan nəzarət-buraxılış məntəqəsində olublar. Məntəqədə DSX-nin, Dövlət Gömrük Komitəsinin və Daxili İşlər Nazirliyinin əməkdaşları birgə xidmət aparır. Bildirilib ki, məntəqədən İrana məxsus nəqliyyat vasitələri gömrük nəzarətindən qeydiyyatdan keçdikdən və dövlət rüsumunu ödədikdən sonra buraxılır. Orta hesabla gün ərzində 50-dən çox yük avtomobilinin nəzarət-buraxılış məntəqəsindən yoxlanılaraq buraxıldığı bildirilib.

Həmçinin qeyd olunub ki, məntəqədən keçid üçün 10 noyabr tarixindən başlayaraq dövlət rüsumu tətbiq ediləndən sonra Ermənistan vətəndaşları bu yoldan istifadə etmir.

Söhbət zamanı iranlı sürücülər nəzarət-keçid məntəqəsində sənədləri yoxlanıldıqdan sonra rahat şəkildə keçdiklərini, burada xidmətin yüksək şəkildə həyata keçirildiyini bildiriliblər.

Mediatur çərçivəsində, həmçinin Zəngilan rayonunun Ermənistanla sərhəddə yerləşən Qazançı kəndində yeni yaradılan nəzarət-buraxılış məntəqəsinə də baş çəkilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR