MEDİA "Təhlükəli bölgələrdə fəaliyyət" mövzusunda jurnalistlər üçün təlim keçirir - FOTO

MEDİA-nın jurnalistlər üçün təlimi

© APA | MEDİA-nın jurnalistlər üçün təlimi

# 06 oktyabr 2021 14:14 (UTC +04:00)

Medianın İnkişafı Agentliyinin (MEDİA) təşəbbüsü ilə “Lazarus Training” təşkilatı tərəfindən jurnalistlər üçün təhlükəli bölgələrdə fəaliyyət, mina partlayışlarından xilas olma və ilkin tibbi yardım mövzularında təlimlər keçirilir.

APA xəbər verir ki, ümumilikdə 40-dək media nümayəndəsinin iştirak etdiyi təlimlər iki qrupa bölünməklə təşkil edilib.

Bu gün 20 nəfərin iştirak etdiyi ikinci qrupun təlimlərinə start verilib.

İngilis dilində keçirilən təlimdə media nümayəndələri üçün sinxron tərcümə imkanı yaradılıb.

Beş gün davam edəcək təlimlər oktyabrın 8-də başa çatacaq.

Təlimdə APA-nın əməkdaşı da iştirak edir.

Qeyd edək ki, “Lazarus Training” İngiltərədə müxtəlif qurumlar və şirkətlər üçün ilkin tibbi yardım və tibbi təhsil üzrə təlimlərin keçirilməsi sahəsində ixtisaslaşan təşkilatdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR