Media təmsilçiləri Ağdam şəhər 1 saylı məktəbin yeni binasının inşası ilə tanış olub - FOTO

Ağdam şəhər 1 saylı məktəbin yeni binasının inşası

© APA | Ağdam şəhər 1 saylı məktəbin yeni binasının inşası

# 31 may 2021 13:19 (UTC +04:00)

MEDİA Agentliyinin təşkil etdiyi səfər çərçivəsində bir qrup media təmsilçisi mayın 28-də Prezident İlham Əliyevin təməlini qoyduğu Ağdam şəhər 1 saylı məktəbin yeni binasının inşası ilə tanış olub.

APA-nın Qarabağ bürosunun məlumatına görə, jurnalistlərə bildirilib ki, 960 şagird yerlik məktəbdə 18 sinif otağı, 37 fənn kabineti, kimya, fizika, biologiya laboratoriyaları olacaq.

Məktəbdə təhsil üçün hər cür şərait, bütün texniki imkanlar yaradılacaq.

Mətbuat nümayəndələri inşaat işlərinin gedişi ilə maraqlanıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR