Media-tur iştirakçıları Ağdamda Şahbulaq qlasında olublar - FOTO

Ağdam, Şahbulaq qalası

© APA | Ağdam, Şahbulaq qalası

# 04 iyun 2021 17:25 (UTC +04:00)

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən Ağdama təşkil olunmuş media-tur çərçivəsində jurnalistlər rayondakı tarixi Şahbulaq qalasında olublar.

APA-nın media-turda iştirak edən əməkdaşı xəbər verir ki, media-tur iştirakçılarına qalanın tarixi haqqlnda məlumat verilib.

Qeyd olunub ki, işğalda olduğu müddətdə qalanın erməniləşdirilməsinə cəhd edilib. Qala divarlarındakı bəzi daşlara ermənilər adlarını, soyadıarını yazıblar. Bura restoran kimi işlədilib, erməni turistlər qalada olublar.

Digər tarixi abidələrimiz kimi Şahbulaq qalasının da əvvəlki görkəminin bərpa olunacağı vurğulanıb.

Qeyd edək ki, media-turun məqsədi mədəni irsin vəziyyəti ilə tanış olmaqdır. Səfərdə media nümayəndələri ilə yanaşı, Əqli Mülkiyyət Agentliyi, Azərbaycan Turizm Agentliyi, Bakı Beynəlxalq Multikultralizm Mərkəzi və digər dövlət qurumlarının əməkdaşları, arxeoloqlar iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR