“Mediada islahatlara doğru” silsilə seminarların bağlanış mərasimi keçirilib

“Media islahatlara doğru” silsilə seminarların bağlanış mərasimi

© APA | “Media islahatlara doğru” silsilə seminarların bağlanış mərasimi

# 14 iyul 2021 16:59 (UTC +04:00)

Bu gün Medianın İnkişafı Agentliyi (MEDİA) və ADA Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə “Mediada islahatlara doğru” silsilə seminarların bağlanış mərasimi keçirilib.

APA-nın məlumatına görə, ADA Universitetinin prorektoru Fariz İsmayılov bildirib ki, bu təlimlərin ümumiyyətlə ölkədə yeni trendin başlanğıcı olacağına ümid edir: “Jurnalistika sahəsi çox sürətlə dəyişir. Xüsusilə texnologiyanı, Azərbaycanda və regionda baş verən dəyişiklikləri nəzərə alsaq, bunu demək mümkündür. Jurnalistika sahəsi çox vacib sahələrdən biridir”.

Kursu bitirənləri təbrik edən prorektor bu ildən ADA-da kommunikasiya və rəqəmsal media sahəsində ilk tələbə qəbuluna başlanıldığını da diqqətə çatdırıb.

MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov qeyd edib ki, ADA ilə layihələr davamlı olacaq: “Bizim BDU və digər universitetlərin tələbələri üçün də təlimlərimiz olacaq. Digər təlimlərimiz də nəzərdə tutulub. Məqsədimiz təcrübələri bölüşməkdir. İstər Azərbaycanda, istərsə də dünyada media sahəsində gedən proseslərlə tanış olaq və media subyektlərində bu təcrübələri bölüşək. Xahişimiz bundan ibarətdir ki, seminar iştirakçıları burada bölüşdüyümüz məsələləri çalışdıqları mediada jurnalist həmkarları ilə paylaşsınlar. Bütün jurnalistlər üçün ADA-da şərait yaratmaq çətindir. Tez nəticəyə nail olmaq üçün burada iştirak edən seminar iştirakçıları burada bölüşülən fikirləri çalışdıqları yerdə olan jurnalistlərlə bölüşsünlər”.

ADA Universitetinin prorektor müavini, İxtisasartırma Proqramlarının rəhbəri Aygün Hacıyeva bildirib ki, seminar iştirakçılarının 12%-i iştirak sertifikatı, 88% isə seminarları müvəffəqiyyətlə bitirməyə dair sertifikat əldə edəcək: “Seminar iştirakçıları arasında kişilər üstünlük təşkil edirdi. Burada iştirak edənlərin çoxu onlayn media təmsilçisi idi. Bu, 52% təşkil edir. Çap mediasının təmsilçiləri də bu seminarların iştirakçıları sırasında idi”.

Universitetin Kommunikasiya və rəqəmsal media üzrə müəllimi Şəfəq Mehraliyeva qeyd edib ki, jurnalistlər nə qədər ağıllıdırsa, cəmiyyət o qədər qazanır: “Sizə cəmiyyətin müəllimi olmaq kimi ağır missiyada uğurlar arzu edirəm”.

Daha sonra seminar iştirakçıları fikirlərini bölüşüblər.

Sonda seminar iştirakçılarına sertifikatlar təqdim olunub.

Qeyd edək ki, seminarlarda 75 media qurumunun rəhbər üzvü iştirak edib.

Seminarlar zamanı iştirakçılar qarşısında həm yerli, həm də xarici, o cümlədən Al Jazeera və Haber Global-ın mütəxəssisləri təcrübələri ilə bölüşüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR