Qarabağda rəqəmsal media platformasının yaradılması təklif olunub - FOTO

Rəhman Hacıyev

© APA | Rəhman Hacıyev

# 28 iyun 2021 10:13 (UTC +04:00)

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Azərbaycanda səfərdə olan “Al Jazeera” Media İnstitutunun və Medianın İnkişafı Agentliyinin nümayəndələri ilə görüşüb.

Fonddan APA-ya verilən məlumata görə, Rəhman Hacıyev qonaqlara Qarabağ Dirçəliş Fondunun yaranması, məqsəd və vəzifələri barədə ətraflı məlumat verib.

Keçirilən görüşdə tərəflər arasında qarşılıqlı fikir mübadiləsi aparılıb.

Medianın dirçəlişin bir hissəsi olduğunu ifadə edən “Al Jazeera” Media İnstitutunun Yeni layihələr üzrə meneceri Montaser Maray sosial medianın hazırkı təsir qüvvəsindən danışaraq, media sahəsində silsilə seminarların keçirilməsi, qarşılıqlı məlumat mübadiləsinin aparılması, Qarabağ həqiqətlərinin, hekayələrinin işıqlandırılması məsələlərində dəstək verməyə hazır olduqlarını bildirib.

Media İnstitutunun nümayəndələri Qarabağda rəqəmsal media platformasının yaradılması, “Al Jazeera” ilə əməkdaşlıq, xüsusilə Qarabağa qayıdacaq gənclərin iştirakçılığını təmin edə biləcək bir neçə maraqlı layihə təklifləri ilə çıxış edib.

Sonda tərəflər arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi məsələləri barədə razılıq əldə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR