Qubada “Media şəhidləri” parkı istifadəyə verilib  - FOTO - VİDEO - YENİLƏNİB

Qubada “Media şəhidləri” parkı istifadəyə verilib  - FOTO  - VİDEO  - YENİLƏNİB
# 22 iyul 2021 13:13 (UTC +04:00)

Milli Mətbuat Günündə Qubada “Media şəhidləri” parkının açılışı olub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Yusif Qasımov küçəsində yerləşən parkda Birinci Qarabağ savaşında və Vətən müharibəsində şəhid olan media nümayəndələrinin xatirəsi əbədiləşdirilib.

Yeni park 2000 kvadratmetrə yaxın ərazini əhatə edir. Parkın mərkəzində media əməkdaşlarının döyüş şəraitində işini simvolizə edən abidə ucaldılıb. Parkda yaşıllıq zolaqları salınıb, söhbətgahlar tikilib və müasir işıqlandırma sistemi qurulub.

Parkın açılış mərasimində yerli icra hakimiyyətinin rəhbər şəxsləri, regiondakı mətbuat və media qurumlarının əməkdaşları iştirak ediblər.

Açılış mərasimində bildirilib ki, Azərbaycanın media əməkdaşları Vətən müharibəsində öz vəzifələrini şərəflə yerinə yetiriblər. Bu parkda erməni terrorunun qurbanı olan bütün media nümayəndələrinin, o cümlədən iyunun 4-də Kəlbəcərdə mina partlaması nəticəsində şəhid olan AzTV-nin operatoru Sirac Abışovun və AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimovun xatirəsi əbədiləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR