"TÜRKSOY-un Media Mükafatı"nı alan jurnalistlərlə görüş keçirilib

Əhməd İsmayılov

© APA | Əhməd İsmayılov

# 25 sentyabr 2021 15:53 (UTC +04:00)

Milli İncəsənət Muzeyində dövlət rəsmiləri ilə "TÜRKSOY-un Media Mükafatı"nı alan jurnalistləri arasında görüş keçirilib.

APA xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) icraçı direktoru Əhməd İsmayılov mükafat alan şəxsləri təbrik edib və müharibə dövründə TÜRKSOY-un dəstəyinin əhəmiyyətini vurğulayıb: "44 günlük müharibədə göstərdiyiniz dəstəyə görə Medianın İnkişafı Agentliyi olaraq sizə təşəkkür edirik. Müharibə bitdi, lakin müharibədən sonrakı dövrdə də dezinformasiya və təbliğatlara qarşı, inanırıq ki, siz də bizimlə bir yerdəsiniz. İstəyirik, biləsiniz, Azərbaycan sizin üçün də doğma vətəndir".

Qeyd edək ki, mükafata layiq görülmüş Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Xorvatiya media nümayəndələrinin bir hissəsi Azərbaycan media nümayəndələri ilə birlikdə 24-28 sentyabr tarixlərində keçiriləcək tədbirlərdə iştirak edəcəklər. Tədbirlər çərçivəsində mükafat alan media nümayəndələrinin bir sıra dövlət və media qurumlarında rəsmi görüşləri, Şuşaya səfəri və Vətən müharibəsinin başlamasının ildönümünə həsr olunmuş silsilə tədbirlərdə iştirakı nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR