“Yeni xəbər” “Youtube” kanalı APA-ya qarşı təxribata yol verib

“Yeni xəbər” “Youtube” kanalı APA-ya qarşı təxribata yol verib
# 14 iyul 2021 18:57 (UTC +04:00)

Bu gün “Yeni xəbər” “Youtube” kanalında APA-ya istinadən “Ermənilər Füzulidə hücuma keçdi: ölənlər və yaralılar var” başlıqlı xəbər yayımlanıb.

Xəbərdə APA-ya istinadın erməni silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutduğu, kənd sakinləri arasında ölən və yaralananların olduğu bildirilir.

Xəbərin davamında qeyd olunur ki, Müdafiə Nazirliyindən APA-ya xəbəri təsdiqləyib, iki kənd sakininin həlak olduğunu, daha bir neçə nəfərin yaralandığını bildiriblər.

Bildiririk ki, “Yeni xəbər” kanalı təxribata yol verərək, APA-nın adından istifadə edib.

Bəyan edirik ki, “APA Group”a daxil olan heç bir qurum belə məlumat yaymayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR