Ağdam üzrə Prezidentin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında Sərəncam ləğv edilib

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 01 dekabr 2021 16:40 (UTC +04:00)

Prezident İlham Əliyev “Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 may tarixli 2656 nömrəli Sərəncamının ləğv edilməsi barədə Sərəncam imzalayıb.

APA xəbər veri ki, Sərəncama əsasən, “Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 may tarixli 2656 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 5, maddə 493) ləğv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR