Azərbaycan Prezidenti: “Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin mühüm faktorudur”

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 04 noyabr 2021 11:47 (UTC +04:00)

“Cənub Qaz Dəhlizinin başa çatdırılması ilə bağlı məsələni də diqqətə çatdırmaq istərdim”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında deyib.

Dövlət başçısı bildirib ki, son vaxtlar ərzində bu da kölgədə qalan məsələdir: “Bu, nəinki bizim üçün, bütöv region üçün vacibdir. 2020-ci ilin 31 dekabr tarixində Cənub Qaz Dəhlizi layihəsinin sonuncu hissəsinin istismara verilməsi baş tutdu. Bu da Azərbaycan üçün, qonşularımız üçün, Avropa üçün tarixi bir nailiyyət oldu. Çünki bu, Avropanın enerji təhlükəsizliyinin mühüm faktorudur. Bu, şaxələndirmə alətidir. Cənub Qaz Dəhlizi nəinki marşrutların, o cümlədən mənbələrin şaxələndirilməsi deməkdir. Bu, Azərbaycandan çatdırılan qaz Avropa bazarları üçün yeni mənbədir”.

Prezident İlham Əliyev qeyd edib ki, bu ilin yanvar ayından oktyabrın 31-nə qədər Azərbaycan 10 ay ərzində bu marşrutla 14 milyard kub/metrdən artıq təbii qaz çatdırıb: “Qaz Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan kimi ölkələrə çatdırılıb. Bu həcmlərin demək olar ki, yarısı Avropa İttifaqının istehlakçıları tərəfindən istifadə olunub. Azərbaycan qazının çatdırıldığı ölkələrə gəldikdə, orada qaz, qiymət böhranı yoxdur, soyuqdan donma halı yoxdur. Bu, bir daha onu göstərir ki, Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi, bütövlükdə Avropa üçün mühüm layihədir. Azərbaycan məsuliyyətli hasilatçı ölkədir. Nəinki nefti, o cümlədən qazı hasil edən, ixrac edən ölkəyik. Bu baxımdan biz gələcəkdə də enerji təhlükəsizliyi məsələlərində mühüm rol oynayacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR