Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistana səfər edib - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev, Türkmənistana səfər

© APA | Azərbaycan Prezidenti İlham Əliyev, Türkmənistana səfər

# 28 noyabr 2021 10:58 (UTC +04:00)

Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə Toplantısında iştirak etmək üçün Türkmənistana səfərə gəlib.
APA-nın məlumatına görə, Azərbaycanın və Türkmənistanın dövlət bayraqlarının dalğalandığı Aşqabad Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Sapardurdu Toyliyev qarşılayıb.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR