Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub - FOTO - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev, Aşqabadda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş

© APA | Azərbaycan Prezidenti İlham Əliyev, Aşqabadda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş

# 28 noyabr 2021 21:37 (UTC +04:00)

Noyabrın 28-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub.

APA xəbər verir ki, görüşdə iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinin strateji müttəfiqlik xarakteri daşıdığı bir daha qeyd edilib.

Söhbət zamanı İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində aparılan müzakirələrə toxunulub, ötən dövr ərzində Türkiyənin təşkilata sədrliyi yüksək qiymətləndirilib.

Eyni zamanda, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi, həmçinin postmünaqişə dövründə Cənubi Qafqazda gedən proseslər və mövcud vəziyyət barədə ətraflı fikir mübadiləsi aparılıb.

Prezidentlər, həmçinin enerji və nəqliyyat məsələlərini müzakirə ediblər.

***

18:37

Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib.
APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR