Azərbaycan Prezidenti: “Kommunikasiyaların açılmaması icra olunmamış əsas məsələlərdən biridir”

Soçidə üçtərəfli görüş

© APA | Soçidə üçtərəfli görüş

# 26 noyabr 2021 18:29 (UTC +04:00)

“Bu formatda görüş ilin əvvəlində keçirilib, indi isə ilin sonunda keçirilir, odur ki, yekunlar aparmaq olar”.

APA-nın məlumatına görə, bunu noyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Soçidə keçirilən üçtərəfli görüşdə Prezident İlham Əliyev deyib.

Prezident qeyd edib ki, Rusiya sülhməramlılarının yerləşdiyi ərazidə ümumilikdə vəziyyət stabildir: “Ciddi insidentlər, qəsdən törədilən təxribatlar baş verməyib. Tək-tək hallar müşahidə olunub ki, bu da sistemli xarakter daşımayıb. Ona görə də yaxşı xidmət üçün Rusiya sülhməramlı qüvvələrinə təşəkkür edirik. Onlar regionda təhlükəsizliyi təmin edirlər”.

Dövlət başçısı bildirib ki, Azərbaycan müharibənin fəsadlarının aradan qaldırılması və kommunikasiyaların açılması işində bu 1 il ərzində maksimum konstruktivlik nümayiş etdirib: “Hesab edirəm ki, kommunikasiyaların açılmaması icra olunmamış əsas məsələlərdən biridir. Çünki ötən ilin noyabrında imzalanmış üçtərəfli bəyanatın bütün bəndləri demək olar ki, yerinə yetirilib. Düşünürəm ki, üçtərəfli görüşdə bu mövzu, həmçinin Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyən olunması məsələsi müzakirə olunacaq.

Biz Rusiyanın bu məsələdə dəstəyini, o cümlədən konsultativ dəstəyini yüksək qiymətləndiririk. Azərbaycanla Ermənistan arasında sərhədlər delimitasiya olunmayıb. Ona görə də biz dəfələrlə açıq şəkildə bildirmişik ki, sərhədlərin təxirə salınmadan delimitasiyasına başlamağa hazırıq. Biz həmçinin, qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanımaq və gələcəkdə qonşu kimi yaşamağa təşviq etmək üçün Ermənistan tərəfinə sülh müqaviləsi üzərində işə başlamağı açıq şəkildə təklif etmişik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR