Azərbaycan Prezidenti Özbəkistanın azad edilmiş ərazilərdə məktəb tikintisinə maliyyə ayırmasını dostluq və qardaşlıq nümunəsi adlandırıb - VİDEO

Azərbaycan Prezidenti Özbəkistanın azad edilmiş ərazilərdə məktəb tikintisinə maliyyə ayırmasını dostluq və qardaşlıq nümunəsi adlandırıb - VİDEO
# 12 noyabr 2021 17:53 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşündəki çıxışında Özbəkistanın işğaldan azad edilmiş ərazilərdə məktəb tikintisinə maliyyə ayırmasına görə bu ölkənin Prezidenti Şevket Mirziyoyevə təşəkkür edib.

APA-nın məlumatına görə, Prezident İlham Əliyev Ş. Mirziyoyevin cəhdləri sayəsində Özbəkistan hökumətinin maliyyəsi ilə bu bölgədə böyük məktəb inşasının həyata keçiriləcəyini bildirib: “Hörmətli Mirziyoyevə təşəkkürümü bildirirəm, onun cəhdləri sayəsində Özbəkistan hökumətinin maliyyəsi ilə bu bölgədə böyük məktəb inşası həyata keçirəcəyik. Bu, dostluq və qardaşlığın nümunəsidir. Azərbaycan xalqı olaraq buna çox böyük önəm veririk”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR