Azərbaycan Prezidenti: “Türk Şurası cazibədarlığını hər gün artırır” - VİDEO

Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşündə çıxışı

© APA | Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşündə çıxışı

# 12 noyabr 2021 18:19 (UTC +04:00)

“Ötən iki il müddətində Türkmənistanın Türk Şurasında müşahidəçi statusla təmsil olunmasını təmin etdik. Bunun nəticəsi kimi, Türk Şurasının sədri kimi türkmən qardaşlarımızı aramızda görməkdən böyük məmnunluq hissi keçirdiyimi xüsusən bildirmək istəyirəm. Onların sıralarımıza qoşulması mühüm addım oldu”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşündə bildirib.

Dövlət başçısı Özbəkistanın isə Bakıda keçirilən Zirvə görüşündə Türk Şurası üzvlüyünə qəbul edildiyini deyib: “2009-cu ildə Naxçıvan razılaşmasını imzaladığımız zaman sadəcə, 4 üzv dövlət vardısa, bu gün bu say 7-yə çatıb. Türk Şurası hər keçən gün cazibədarlığını artırır. Əminəm ki, Türk Şurasında müşahidəçi statusda olan ölkələr də səslərini daha yüksək şəkildə çatdıra bilir”.

Prezident İlham Əliyev qeyd edib ki, pandemiya zamanı da birlikdə hərəkət edilib: “COVİD-19-la bağlı bir videokonfrans keçirdik, bir-birimizə yardım etdik, digər ölkələrə də yardımlar göndərdik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR