Azərbaycan Prezidenti: “Yaşı 18-dən yuxarı olan əhalinin təxminən 60%-ni iki doza peyvənddən keçirmişik”

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 04 noyabr 2021 10:36 (UTC +04:00)

“Mən Nizami ilə bağlı əslində dünən kitabları təqdim etdim. Nizaminin 880-ci ildönümü bu il qeyd olunur. Mənim qərarımla bu il “Nizami ili” kimi elan olunub. Bu da bizim dahi Azərbaycan şairinə olan hörmətimizdən irəli gəlir”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında deyib.

Dövlət başçısı bildirib ki, bu forum mötəbər bir tədbirdir: “Lakin mən burada bir neçə məsələlərə toxunmaq istərdim. Bu, ilk olaraq pandemiya ilə bağlıdır. Çünki bu, qlobal gündəlikdə bir nömrəli məsələdir. Biz pandemiya, postpandemiya dövrü haqqında danışdıq. Hətta tam aydın deyil biz postpandemiya dövrünə qədəm qoymuşuq, yoxsa yox. Çünki müxtəlif ölkələr fərqli yanaşmalar sərgiləyir. Lakin lap öncədən belə bir xəstəlik və bu böhran başladıqdan ilk günlərdən etibarın Azərbaycan həm daxildə, həm beynəlxalq səviyyədə çox fəal işlədi. Biz yanvarın 18-dən bu il regionda ilk ölkələrdən biriyik ki, yaşı 18-dən yuxarı olan əhalinin yarısından çoxunu - təxminən 60% əhalini iki doza peyvənddən keçirə bildik. Biz 13 yeni dövlət xəstəxanalarını açdıq və demək olar ki, 4000-ə yaxın çarpayı potensialı ilə bu təsisatları qurduq. Hazırda pandemiyadan əziyyət çəkən çox sayda insana xidmət göstərilir. İndi pandemiya nəzarət altındadır. Yeganə məhdudiyyət yalnız binalar daxilində olduqda maskaların taxılması tələbi var. Biz bu vəziyyəti nəzarət altında saxlaya bilirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR