Dövlət başçısı BƏƏ Prezidentini təbrik edib

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 02 dekabr 2021 12:27 (UTC +04:00)

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyanı bu ölkənin müstəqilliyinin 50-ci ildönümü münasibətilə təbrik edib.

APA-nın xəbərinə görə, təbrikdə deyilir:

“Əlahəzrət,

Birləşmiş Ərəb Əmirliklərinin müstəqilliyinin 50-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edirəm.

İnanıram ki, Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında güclü İslam həmrəyliyinə əsaslanan dövlətlərarası münasibətlər və əməkdaşlıq xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da dinamik şəkildə inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR