Dövlət başçısı İlham Əliyev Finlandiya Prezidentini təbrik edib

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 04 dekabr 2021 14:46 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Finlandiya Respublikasının Prezidenti Sauli Niinistöyə təbrik ünvanlayıb.

APA xəbər verir ki, təbrik məktubunda deyilir: “Finlandiya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Finlandiya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR