Prezident: Bu şanlı Qələbə çoxəsrlik Azərbaycan tarixində əbədi yaşayacaq

Prezident: Bu şanlı Qələbə çoxəsrlik Azərbaycan tarixində əbədi yaşayacaq
# 17 oktyabr 2021 17:07 (UTC +04:00)

Biz öz torpaqlarımızı azad etməli idik. Mən işğal dövründə bu məsələ ilə bağlı Azərbaycan xalqına dəfələrlə müraciət edərək və keçmiş köçkünlərlə görüşlər əsnasında deyirdim ki, nəyin bahasına olursa-olsun, torpaqlarımızı azad etməliyik.

APA-nın məlumatəna görə, bu sözləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

“Həm işğal dövründə, həm müharibə dövründə bütün təzyiqlərə, bütün bəyanatlara baxmayaraq, bizim qabağımızda heç bir qüvvə dayana bilmədi. Biz Ermənistan ordusunu darmadağın etdik, erməni mifologiyasına son qoyduq, bütün dünyaya sübut etdik ki, “yenilməz Ermənistan ordusu” nəyə qadirdir və bütün dünyaya xalqımızın böyüklüyünü nümayiş etdirdik. Bu şanlı Qələbə çoxəsrlik Azərbaycan tarixində əbədi yaşayacaqdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR