Prezident İlham Əliyev:  “Azərbaycan ölkəmizdə yerləşəcək İƏT-in Tədqiqat Mərkəzinin səmərəli fəaliyyətinin təmin edilməsi üçün səylərini əsirgəməyəcək” 

İlham Əliyev, Azərbaycan Prezidenti

© APA | İlham Əliyev, Azərbaycan Prezidenti

# 28 noyabr 2021 12:53 (UTC +04:00)

“Qardaşım, Türkmənistan Prezidenti Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədova göstərilən qonaqpərvərliyə görə təşəkkürümü bildirmək və Türkmənistanı İqtisadi Əməkdaşlıq Təşkilatında (İƏT) uğurlu sədrlik münasibətilə təbrik etmək istərdim. Fürsətdən istifadə edərək, qardaş Özbəkistanı İƏT-də sədrliyi öz üzərinə götürməsi münasibətilə təbrik edir və Təşkilata rəhbərlik işində uğurlar arzu edirəm”.
APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında çıxışında bildirib.
Dövlət başçısı deyib ki, Azərbaycan İƏT-in fəal üzvüdür. İƏT-ə üzv dövlətlərlə münasibətlərimiz dostluq və qarşılıqlı hörmətə əsaslanır: “Biz, həmçinin beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İƏT-ə üzv dövlətlərlə səmərəli əməkdaşlıq edirik”.
Prezident İlham Əliyev qeyd edib ki, İqtisadi Əməkdaşlıq Təşkilatının mart ayında keçirilmiş XIV Zirvə Toplantısında İƏT-in Tədqiqat Mərkəzinin Nizamnaməsi imzalanıb: “Mən Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin təşəbbüsünün üzv dövlətlər tərəfindən dəstəklənməsinə görə təşəkkürümü bildirirəm. Azərbaycan ölkəmizdə yerləşəcək Mərkəzin səmərəli fəaliyyətinin təmin edilməsi üçün səylərini əsirgəməyəcək. Mən digər üzv dövlətləri bu mühüm təşəbbüsə qoşulmağa dəvət edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR