Prezident İlham Əliyev helikopter qəzasında həlak olanların ailələrinə başsağlığı verib - VİDEO

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 30 noyabr 2021 16:05 (UTC +04:00)

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.

APA-nın xəbərinə görə, başsağlığında deyilir:

"2021-ci ilin noyabrın 30-da Xızı rayonu ərazisindəkı “Qaraheybət” aviasiya poliqonunda Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində heyət üzvlərinin həlak olması xəbəri bizi son dərəcə kədərləndirdi.

Bu ağır itkinin acısını Sizinlə yaşayır, dərdinizi bölüşür, Sizə və doğmalarınıza Mehriban xanım ilə birlikdə dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin!"

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR