Prezident İlham Əliyev Tailand Kralına təbrik ünvanlayıb

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 04 dekabr 2021 14:42 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tailandın Kralı Əlahəzrət Maha Vaciralonqkorn Bodindradebayavaranqkuna təbrik ünvanlayıb. APA-nın xəbərinə görə, təbrikdə deyilir:

“Tailand Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. İnanıram ki, ölkələrimiz arasındakı ikitərəfli münasibətlər bundan sonra da dostluq məcrasında inkişaf edəcək, beynəlxalq təsisatlar, xüsusən də Qoşulmama Hərəkatı çərçivəsində əlaqələrimiz genişlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Tailand Krallığının dost xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR