Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşa şəhərinə səfərə gəliblər.
APA-nın məlumatına görə, dövlətimizin başçısı və birinci xanım əvvəlcə Füzuli rayonunda Zəfər yolunun açılışında iştirak ediblər.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Daşaltı kəndində məscidin, Şuşa Radio-Televiziya yayım qülləsinin, Şuşa şəhər xəstəxanasının təməllərini qoyublar.
Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən Aşağı Gövhər Ağa məscidində və Mehmandarovların malikanə kompleksində aparılan bərpa işləri ilə tanış olublar.
Sonra dövlətimizin başçısı və birinci xanım VIII Qlobal Bakı Forumunun iştirakçıları ilə görüşüb, söhbət edib və Cıdır düzündə olublar.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərinə səfərə gəliblər - VİDEO
© APA | Prezident İlham Əliyev, Mehriban Əliyeva, Şuşa
07 noyabr 2021 16:42 (UTC +04:00)
Rəsmi xəbər
Şuşanın “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı fəaliyyət planı hazırlanacaq - SƏRƏNCAM
16:58
17 aprel 2024
Filippin dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib
12:25
17 aprel 2024
Prezident İlham Əliyev AQEM-in Baş katibini qəbul edib - YENİLƏNİB
11:50
17 aprel 2024
Aleksandar Vuçiç Prezident İlham Əliyevə zəng edib
20:42
16 aprel 2024