Prezident İlham Əliyevlə Aleksandr Lukaşenko arasında telefon danışığı olub

Prezident Aleksandr Lukaşenko, Prezident İlham Əliyev

© APA | Prezident Aleksandr Lukaşenko, Prezident İlham Əliyev

# 27 noyabr 2021 16:43 (UTC +04:00)

Noyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko arasında telefon söhbəti olub.

APA-nən məlumatına görə, dövlət başçıları Azərbaycan-Belarus münasibətlərinin uğurlu inkişafını məmnuniyyətlə qeyd edib, siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin daha da möhkəmləndirilməsi məsələlərinə dair fikir mübadiləsi aparıblar.

Telefon söhbəti zamanı, həmçinin gələcək təmaslar müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR